“Əmək veteranı” adı və vəsiqəsi necə verilir
əsas səhifə / “Əmək veteranı” adı və vəsiqəsi necə verilir

«Əmək veteranı» adı və vəsiqəsi necə verilir

Əmək veteranı adı və vəsiqəsi «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq olunmuş Əsasnaməyə əsasən, yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) verilir. Əmək veteranı adı və vəsiqəsi verilməsi üçün vətəndaşlar aşağıda qeyd olunmuş təsdiqedici sənədlərlə   iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət etməlidir. Şəxsin işlədiyi müəssisə ləğv edilmiş  olduqda və ya iş yeri qeyri-dövlət müəssisəsi olduqda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.

Təsdiqedici sənədlərin siyahısı:

  1. Yaşa görə pensiyaçı olması barədə arayış;
  2. 3x4 ölçüdə 2 ədəd foto-şəkil;
  3. Şəxsiyyət vəsiqəsinin surəti;
  4. Əmək kitabçasının surəti;
  5. Ərizə.   
DataHRM proqramı ilə siz çox sadə formada, şirkət daxili şəbəkədən və ya internet üzərindən qoşularaq istənilən əməliyyatı apara bilərsiniz. Belə ki, heç bir zaman məhdudiyyəti olmadan həm komputer həm də ki, bütün smartfon qurğular vasitəsi ilə rahatlıqla istifadə edə bilərsiniz.