İnsan resursları idarəedilməsinin kadr kargüzarlığı bölməsinin avtomatlaşdırılması üzrə yüksək səviyyədə hazırlanmış "DataHRM" proqram təminatı təkcə insan resursları üzrə məsul şəxslərə öz funksiyalarını mükəmməl icra etməkdə deyil də, eyni zamanda bütün sahibkarlara bizneslərini inkişaf etdirmələrində yardım etmək üçün hazırlanmışdır.
Peşəkar komanda tərəfindən hazırlanmış bu proqramdan istifadə etməklə Siz, ən dəyərli resurs olan zamanınıza qənaət etməklə yanaşı kadr kargüzarlığının təşkil olunmasının optimallaşmasına da nail ola biləcəksiniz. Belə ki, proqram vasitəsi ilə az işçi ilə qısa zaman ərzində daha çox iş görmüş olacaqsınız. Ən əsası isə bu əməliyyatlarda qanun pozuntusunun olmamasına əmin olacaqsınız.
Proqram sayəsində Siz, əmək qanunvericiliyinin tələblərinə düzgün əməl etməklə həm qanun baxımından öhdəliklərinizi icra etmiş olacaq, həm də ki, biznes baxımından əməliyyatları peşəkarcasına həyata keçirtmiş olacaqsınız.
DATALAB HRM proqram təminatına iki cür sahib ola bilərsiniz. Siz proqramı tam olaraq bütün funksiya və modullarla ala və ya təklif olunan müxtəlif paketlərlə aylıq icarəyə götürə bilərsiniz.
Proqramı sifariş etmək üçün müraciət linkinə daxil ola və ya bizimlə əlaqə saxlaya bilərsiniz: