
06 Noyabr 2025
Praktiki “İşə Qəbul və İstedadların Cəlb Edilməsi” proqramına start verildi!
İnsan Resursları sahəsində karyera qurmaq istəyən gənc mütəxəssislər üçün yeni peşəkar inkişaf imkanı yaradıldı. Bu gündən etibarən “Praktiki İşə Qəbul və İstedadların Cəlb Edilməsi” təlim proqramına qeydiyyat rəsmi olaraq açıq elan olunur.
Proqramın əsas məqsədi:
- Real HR proseslərini iştirakçılara praktiki formada öyrətmək,
- İşə qəbul sferasının professional standartlarını təqdim etmək,
- Müsahibə, assessment, CV skrininq, kompetensiya əsaslı seçim, talent pipelining və işə uyğunluğun ölçülməsi kimi bacarıqları inkişaf etdirmək,
- Şirkətlər üçün düzgün istedad cəlb etmə strategiyası formalaşdırmaq.
