Noyabrda iş günlərinin yeri dəyişdirildi
əsas səhifə / Noyabrda iş günlərinin yeri dəyişdirildi

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ QƏRAR

İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilsin. 

Əli Əsədov 

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 18 sentyabr 2024-cü il № 426

DataHRM proqramı ilə siz çox sadə formada, şirkət daxili şəbəkədən və ya internet üzərindən qoşularaq istənilən əməliyyatı apara bilərsiniz. Belə ki, heç bir zaman məhdudiyyəti olmadan həm komputer həm də ki, bütün smartfon qurğular vasitəsi ilə rahatlıqla istifadə edə bilərsiniz.