Azərbaycan Respublikası Rəqabət Məcəlləsi qüvvəyə mindi_23.01.2024
əsas səhifə / Azərbaycan Respublikası Rəqabət Məcəlləsi qüvvəyə mindi_23.01.2024

Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi qüvvəyə mindiyi gündən aşağıdakı qanunlar ləğv edilir:

2.1. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1993-cü il 4 mart tarixli 526 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 9, maddə 224; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 17; 2001, № 6, maddə 360, № 11, maddələr 676, 683, № 12, maddə 736; 2003, № 1, maddə 5; 2004, № 2, maddə 57, № 4, maddə 202; 2006, № 12, maddə 1005; 2008, № 2, maddə 49, № 5, maddə 348, № 6, maddə 462; 2010, № 11, maddə 939; 2015, № 4, maddə 369; 2016, № 4, maddə 637; 2019, № 1, maddə 25; 2021, № 7, maddə 701; 2022, № 5, maddə 430);

2.2. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının 1995-ci il 2 iyun tarixli 1049 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 366; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddələr 683, 686; 2004, № 2, maddə 57; 2015, № 4, maddə 370; 2017, № 7, maddə 1260; 2019, № 1, maddə 26; 2023, № 4, maddə 455);

2.3. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının 1998-ci il 15 dekabr tarixli 590-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 155; 2006, № 12, maddə 1005; 2007, № 11, maddə 1053; 2008, № 6, maddə 462; 2013, № 11, maddə 1282; 2015, № 4, maddə 371; 2016, № 1, maddə 18).

Maddə 3. Azərbaycan Respublikasının digər normativ hüquqi aktları bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.

Maddə 4. Bu Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 dekabr 2023-cü il

https://static.president.az/upload/Files/2024/01/23/0886a23f995fc950d4f939df5b2f027b_3138860.pdf 

DataHRM proqramı ilə siz çox sadə formada, şirkət daxili şəbəkədən və ya internet üzərindən qoşularaq istənilən əməliyyatı apara bilərsiniz. Belə ki, heç bir zaman məhdudiyyəti olmadan həm komputer həm də ki, bütün smartfon qurğular vasitəsi ilə rahatlıqla istifadə edə bilərsiniz.