Əmək Məcəlləsinə dəyişiklik edildi
əsas səhifə / Əmək Məcəlləsinə dəyişiklik edildi

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804, № 7, maddə 1182, № 8, maddə 1380; 2020, № 1, maddə 1, № 5, maddə 522, № 7, maddə 832, № 11, maddələr 1322, 1332, 1335, № 12 (I kitab), maddə 1424; 2021, № 1, maddə 2, № 5, maddə 427, № 6 (I kitab), maddələr 539, 541, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 11, maddə 1203; 2022, № 6, maddə 582, № 11, maddələr 1239, 1240, № 12, maddə 1392; 2023, № 1, maddə 14, № 2, maddə 207, № 3, maddə 338, № 7, maddələr 896, 904; Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1017-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 97-ci maddənin adına “vaxtı” sözündən sonra “yerinə yetirilən” sözləri əlavə edilsin.

2. 98-ci maddə üzrə:

2.1. adında “işlərinə” sözü “yerinə yetirilən işlərə” sözləri ilə əvəz edilsin;

2.2. 1-ci hissədə “görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların,” sözləri “yerinə yetirilən işlərə” sözləri ilə əvəz edilsin;

2.3. 2-ci hissədə “görülən” sözü “yerinə yetirilən” sözləri ilə əvəz edilsin;

2.4. aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar (bu Məcəllənin 242-ci maddəsi nəzərə alınmaqla), üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.”.

3. 166-cı maddənin adına “vaxtı” sözündən sonra “yerinə yetirilən işə” sözləri əlavə edilsin.

4. 242-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 242. Qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması

1. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir.

2. Bu maddənin 1-ci hissəsi 14 yaşınadək uşağı, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən qadınlara da şamil edilir.”.

5. 254-cü maddə üzrə:

5.1. adında “işlərinə” sözü “vaxtı yerinə yetirilən işlərə” sözləri ilə əvəz edilsin;

5.2. 1-ci hissəyə “vaxtı” sözündən sonra “yerinə yetirilən” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2023-cü il

 

DataHRM proqramı ilə siz çox sadə formada, şirkət daxili şəbəkədən və ya internet üzərindən qoşularaq istənilən əməliyyatı apara bilərsiniz. Belə ki, heç bir zaman məhdudiyyəti olmadan həm komputer həm də ki, bütün smartfon qurğular vasitəsi ilə rahatlıqla istifadə edə bilərsiniz.