15 İyun 2023
Qanun Layihə
II oxunuş
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsinin 1-ci hissəsinə “keçirilməsini” sözündən sonra “və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Mənbə: https://www.meclis.gov.az/news-layihe.php?id=2063&lang=az&par=0