İşsizlikdən sığorta ödənişlərinin şərtləri yumşaldılacaq
əsas səhifə / İşsizlikdən sığorta ödənişlərinin şərtləri yumşaldılacaq

İşsizlikdən sığorta ödənişləri: şərtləri yumşaldılacaq, əhatə dairəsi genişlənəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb. Layihədə işsizlikdən sığorta ödənişlərinin şərtlərinin yumşaldılması və  bu ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üçün təkliflər əksini tapır.

Mövcud qanunvericilikdə müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş şəxslərə azı 3 il sığorta stajına malik olduqda işsizlikdən sığorta ödənişinin təyin olunması nəzərdə tutulur. Yeni layihədə bu müddətin 3 ildən 1 ilədək azaldılması təklif olunur.

Həmçinin layihədə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslərə də sığorta ödənişinin təyin olunması təklifi yer alır.

Eləcə də işsizlikdən sığorta ödənişinin hesablanması, işsizlikdən sığorta ödənişlərinin elektron qaydada təyinatı və s. ilə bağlı təkliflər də layihədə əksini tapır.

Mənbə: http://sosial.gov.az/3481

DataHRM proqramı ilə siz çox sadə formada, şirkət daxili şəbəkədən və ya internet üzərindən qoşularaq istənilən əməliyyatı apara bilərsiniz. Belə ki, heç bir zaman məhdudiyyəti olmadan həm komputer həm də ki, bütün smartfon qurğular vasitəsi ilə rahatlıqla istifadə edə bilərsiniz.