Performans İdarəetmə Sistemi və faydaları
əsas səhifə / Performans İdarəetmə Sistemi və faydaları

Performans İdarəetmə Sistemi və faydaları

Hər bir qurumun yaranmadan öncə müəyyən hədəf və məqsədləri olur. Bu düşüncə ilə yola çıxsaq, şirkətlərin hədəflərinə çatmasında, performans idarəetmə sistemlərinin qurulması və tətbiq olunması müxtəlif formalarda olduğu üçün hər bir müəssisədə Performans idarəetmə sisteminin yaradılma səbəbləri də fərqlidir. İnsan Resursları sahəsində də qurumlar hədəflərinə düzgün şəkildə irəliləmələri üçün həm işçilərlə əlaqəli, həm də hər işçinin əslində şirkət üçün necə önəmli olduğu haqqında məlumatlı olmalıdır. İnsan Resurslarının idarə olunmasının bu nöqtədə işini asanlaşdıran isə Performans idarəetmə prosesidir.

Uzun müddətdir ki, Performans Dəyərləndirmə, Performans Sistemi, Performans İdarəetmə Sistemi anlayışlarını tez-tez eşidirik. Bu sistem uğurlu nəticələrə səbəb olmaqla bərabər bəzi şirkətlərin isə kabusuna çevrilir.

Performans Dəyərləndirmə Sistemi nədir?

İşçinin bacarıq və qabiliyyətlərini, potensialını, iş vərdişlərini, davranışlarını və buna bənzər digər xüsusiyyətlərini digərləriylə müqayisələndirərək edilən və sistematik bir ölçmə metodu olan Performans Dəyərləndirmə Sistemi faydalı və məhsuldar bir iş mühiti yaratmaq üçün bütün müəssisələrin tətbiq etməsi vacib olan bir sistemdir.

Performans dəyərləndirmə anlayışına keçmədən öncə performansın nə olduğundan bəhs etmək yerinə düşərdi. Performans, dilimizə İngilis dilindəki “performance” sözündən gəlmişdir, mənası icra etmək, məhsuldarlıq, bacarma gücü və s. kimi tərcümə olunur. Performans bir çox mənbələrdə hər hansı bir vəzifənin tələbi olan və əvvəlcədən müəyyən edilən standartlara uyğun davranışların göstərilməsi və planlanan məqsədə çatmaq dərəcəsi kimi təsvir olunur. Performans dəyərləndirmə isə işçinin performansının izləndiyi, həmçinin dəyərləndirildiyi zaman əldə edilən nəticələrin qeydə alınması və işçiyə bildirilməsi prosesidir. Performansın idarəolunması şirkətin hədəfləri ilə işçilərin hədəfləri arasında paralellik yaradaraq hər iki tərəfin də öz məqsədlərinə çatmasını koordinasiya edir.

Performans dəyərləndirmə sistemi qədim bir sistemdir və 1800-cü illərin sonlarına doğru, insanların fiziki və zehni bacarıqlarının, davranışlarının, və məhsuldarlıq qabiliyyətlərinin ölçülməsini əhatə edirdi. Lakin zamanla texniki cəhətdən bu sistemə fərqli anlayışlar gətirildi.

Bugün performans dəyərləndirmə deyildikdə işçilərin və qurumların performanslarını ölçən, yarana biləcək problemləri müəyyən etmə məqsədi daşıyan, qurumun hədəflərini personala çatdıran, performansı izləyən və ölçən bir sistem ağla gəlir. Mükəmməl bir performans sistemin qurulması üçün ciddi şəkildə çalışılan ən az 2 il lazımdır (qurumun böyük və ya kiçik olmasına görə bu rəqəm dəyişə bilər). Bu zaman isə, şirkətin vizyon və missiyaları müəyyən olunmalı, buna uyğun olaraq strategiyalar planlaşdırılmalı, ölçmə metodları və sistemi dəqiqləşdirilməli, vəzifələr bir-birindən ayrılmalı, çarpaz funksiyalar ayrılmalı, bacarıq və qabiliyyətlər müəyyən olunmalı, vəzifə təlimatlarına yenidən baxış keçirilməli, şirkətin strukturu gözdən keçirilməlidir. Qeyd olunan proses müddətində görülən işin həcminin ölçülməsi və ölçülən dəyərlərə asanlıqla çata bilməsi, şirkət və şəxsi hədəflərin aydınlaşdırılması kimi bir çox önəmli işlərin həyata keçirilməsi vacibdir.

Performans dəyərləndirmə sisteminin məqsədləri və faydaları:

  • İşçilərin performanslarını doğru şəkildə qiymətləndirmək;
  • Uğurları mükafatlandırmaq, işçi ixtisarlarını müəyyənləşdirmək;
  • İşçinin məhsuldar və ya qeyri-məhsuldar çalışmasını müəyyənləşdirmək;
  • İşçinin təlim ehtiyaclarını analiz etmək;
  • Rəhbər və işçi arasındakı əlaqələri artırmaq və möhkəmləndirmək;
  • İşçilərin görünməyən bacarıqlarını müəyyən edib, heyəti pozitif komanda şəklində çalışmağa təşviq etmək;
  • Rəhbərlərin də performanslarını dəyərləndirmələrinə nail olmaq;
  • Performansın artmasını təmin etmək.

Həm işçilər, həm rəhbərlər üçün ideal bir sistem olan Performans Dəyərləndirmə Sistemi, işçiləri ədalətli qiymətləndirmək imkanı təqdim edir. İşçilərin xoşbəxtliyi və məhsuldar olduğu cari dövrdə işçilərinin performansını dəqiq qiymətləndirmək istəyən şirkətlər müxtəlif qiymətləndirmə sistemlərindən istifadə edirlər. 

Müəllif: Gülsəfa Abdullayeva

https://gulsafa.wordpress.com/2019/09/09/performans-idar%c9%99etm%c9%99-sistemi-v%c9%99-faydalari/

DataHRM proqramı ilə siz çox sadə formada, şirkət daxili şəbəkədən və ya internet üzərindən qoşularaq istənilən əməliyyatı apara bilərsiniz. Belə ki, heç bir zaman məhdudiyyəti olmadan həm komputer həm də ki, bütün smartfon qurğular vasitəsi ilə rahatlıqla istifadə edə bilərsiniz.