Məşğulluq hesabatlarının verilməsi qaydası təsdiq edildi
əsas səhifə / Məşğulluq hesabatlarının verilməsi qaydası təsdiq edildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 sentyabr tarixli 411 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması

1. Ümumi müddəalar

1.1. “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması” (bundan sonra - Qayda) “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 18.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsisteminə (bundan sonra - MAS) daxil edilməsi qaydasını və formasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2.Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların əldə olunması və MAS-a daxil edilməsi

2.1. İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatı “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarından istifadə etməklə MAS-da formalaşdırılmış “Vakansiya Bankı”na daxil edirlər.

2.2. Qanunun 7.2-ci maddəsinə əsasən MAS işəgötürənlərin əmək müqaviləsi bildirişi və vakansiya bankının məlumatları əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır.

2.3. İşəgötürənlər boş olan iş yerlərini ləğv etdikdə, ştat vahidlərinə dair cədvəldə nəzərə alınması məqsədilə Nazirliyə bu barədə 5 (beş) iş günü müddətində rəsmi məlumat verməlidirlər. 

2.4. Bu Qaydanın 2.3-cü bəndində göstərilən müddətdə məlumatlar Nazirliyə təqdim edilmədiyi halda, həmin iş yeri MAS tərəfindən vakansiya bankına daxil edilir. 

2.5. İşəgötürənlər yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatları MAS-a bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun daxil edirlər.

Azərbaycan Respublikasının Baş Naziri

Novruz Məmmədov

Mənbə: https://cabmin.gov.az/az/document/4028/

“Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması”na  Əlavə

Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi forması:1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi2. işəgötürənin adı*3. təşkilati hüquqi forması*4. mülkiyyət növü (dövlət, özəl, bələdiyyə)*5. iqtisadi fəaliyyət növü **6. ünvanı (şəhər/rayon, küçə) *7. elektron poçt ünvanı (olduğu halda)8. telefonu9. yeni iş yeri və ya boşalan iş yerinin sayı10. yeni iş yeri və ya boşalan iş yeri, vəzifə (peşə)11. yeni iş yeri və ya boşalan iş yerinin faktikiyaradıldığı ünvan12. əmək müqaviləsinin müddəti:- müddətli;- müddətsiz13. əmək stajı tələbi14. iş vaxtının növləri:- tam iş vaxtı;- natamam iş vaxtı;- qısaldılmış iş vaxtı15. əməkhaqqının məbləği (manat)16. tələb olunan təhsil səviyyəsi:- ümumi orta təhsil;- tam orta təhsil;- peşə təhsili;- orta-ixtisas təhsili;- ali təhsil:- bakalavriat;- magistratura;- doktorantura;- tələb olunmur17. tələb olunan peşə (ixtisas)18. iş yeri üzrə əmək funksiyası19. ixtisas üzrə zəruri bilik, bacarıq və səriştələr20. digər bilik, bacarıq və səriştələr21. vəzifənin (peşənin) tutulma şərtləri:- müsabiqə əsasında;- müsahibə əsasında;- yoxdur22. yeni iş yeri və ya boşalan iş yerinə cəlb edilmiş şəxslərin sayı

* MEİS-dən əldə edilən məlumatlar

Qeyd. ** İqtisadi fəaliyyət növləri üzrə bölgü:

A kənd təsərrüfatı meşə təsərrüfatı və balıqçılıqB mədənçıxarma sənayesiC emal sənayesiD elektrik enerjisi qaz buxar və kondisiyalaşdırılmış hava ilə təchizatE su təchizatı çirkli suların və tullantıların təmizlənməsiF tikintiG topdan və pərakəndə ticarət avtomobillərinin və motosikletlərinin təmiriH nəqliyyat və anbar təsərrüfatıI yaşayışın təşkili və ictimai iaşəJ informasiya və rabitəK maliyyə və sığorta fəaliyyətiL daşınmaz əmlakla əlaqədar əməliyyatlarM peşə elmi və texniki fəaliyyətN inzibati və yardımçı xidmətlərin göstərilməsiO dövlət idarəetməsi və müdafiə; sosial təminatP təhsilQ əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsiR istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətS digər sahələrdə xidmətlərin göstərilməsiT ev təsərrüfatlarının fəaliyyəti; fərdi istehlak üçün ev təsərrüfatlarınınistehsal etdiyi mal və xidmətlərə dair fəaliyyətU toxunulmazlıq hüququ olan təşkilatların fəaliyyəti

DataHRM proqramı ilə siz çox sadə formada, şirkət daxili şəbəkədən və ya internet üzərindən qoşularaq istənilən əməliyyatı apara bilərsiniz. Belə ki, heç bir zaman məhdudiyyəti olmadan həm komputer həm də ki, bütün smartfon qurğular vasitəsi ilə rahatlıqla istifadə edə bilərsiniz.