“Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nın təsdiq edildi
əsas səhifə / “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nın təsdiq edildi

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R № 380

Bakı şəhəri, 3 sentyabr 2019-cu il

“Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nın təsdiq edilməsi barədə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213..nömrəli..Fərmanının 1.1.15-ci yarımbəndinin. Icrasını təmin etmək. məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 

QƏRARA ALIR:

1.“Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1- ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş Naziri

Novruz Məmmədov

Əlilliyi olan şəxslərin iş yerlərinin standartları: https://cabmin.gov.az/az/document/3981/

DataHRM proqramı ilə siz çox sadə formada, şirkət daxili şəbəkədən və ya internet üzərindən qoşularaq istənilən əməliyyatı apara bilərsiniz. Belə ki, heç bir zaman məhdudiyyəti olmadan həm komputer həm də ki, bütün smartfon qurğular vasitəsi ilə rahatlıqla istifadə edə bilərsiniz.